"Qarabağ"ın futbolçusu Joni Montiel zədədən sonra formasını bərpa etmək üçün çalışdığını bildirib.
Sportnet.az xəbər verir ki, ispaniyalı yarımmüdafiəçi UEFA Avropa Liqasının II təsnifat mərhələsində Bolqarıstan MOİK-i ilə keçirilən ilk oyundan sonra jurnalistlərə açıqlamasında mövsümün əvvəlində komandadan kənarda qalmasının səbəbinə aydınlıq gətirib.
"Hazırda fiziki durumumu yaxşılaşdırıram. Ötən mövsümün sonunda zədələndim və əməliyyat olundum. Bu səbəbdən mövsümün əvvəlindən komandaya qoşula bilməmişdim. Formada olmaq üçün davamlı oynamaq çox önəmlidir", – deyə Joni Montiel vurğulayıb.







































































