“Neftçi” Freddi Varqası birdəfəlik transfer edib.
Klubun mətbuar xidmətindən Sportnet.az-a verilən məlumata görə, anlaşmaya əsasən, Venesuela milli komandasının üzvü ilə 2+1 illik müqavilə imzalanıb.
Qeyd edək ki, Freddi Varqas 2025-ci ilin yayında İsrailin “Makkabi” (Netanya) klubundan satınalma hüququ ilə 1 il müddətinə icarəyə götürülmüşdü. 27 yaşlı ön xətt oyunçusu bu müddət ərzində 34 rəsmi matça çıxıb, 5 qol, 8 assist müəllifi olub.










































































