2026-cı il dünya çempionatının G qrupunda son turun oyunları başa çatıb.
Sportnet.az xəbər verir ki, ABŞ-nin Sietl şəhərindəki "Lumen Field" stadionunda keçirilən Misir – İran görüşü 1:1 hesablı heç-heçə ilə yekunlaşıb.
Qarşılaşmanı polşalı baş hakim Şimon Marçinyak idarə edib.
Misir hesabı artıq 5-ci dəqiqədə Mahmud Saberin qolu ilə açıb. Az sonra İran penalti qazanıb, lakin Mehdi Taremi 11 metrlik cərimə zərbəsindən yararlana bilməyib.
Buna baxmayaraq, bir neçə dəqiqə sonra Ramin Rezayan tarazlığı bərpa edib. Matçın sonlarında iranlı Şoca Xəlilzadənin vurduğu qol ofsayd səbəbindən ləğv olunub.
Qrupun digər qarşılaşmasında isə Belçika Kanadaın Vankuver şəhərində yerləşən "BC Pleys" stadionunda Yeni Zelandiyanı 5:1 hesabı ilə darmadağın edib. Belçikalıların heyətində Leandro Trossar dubl edib. Kevin De Bruyne, Romelu Lukaku və Aleksis Salemakers də adlarını tabloya yazdırıblar. Yeni Zelandiyanın yeganə qolunu Elayca Cast vurub.
Bu nəticələrdən sonra Belçika 5 xalla və top fərqinə görə G qrupunun qalibi olub. Misir də 5 xal toplasa da, əlavə göstəricilərə görə ikinci pillədə qərarlaşıb. Hər iki komanda 1/16 finala yüksəlib.
İran 3 xalla üçüncü yeri tutub, Komandanın taleyinə qrup mərhələsi başa çatdıqdan sonra aydınlıq gələcəl.
Yeni Zelandiya isə 1 xalla mundialla vidalaşıb.














































































