Bu, üzgüçülük idman növünün təbliğinə yönəlmiş bir tədbirdir.
Sportnet.az xəbər verir ki, bunu gənclər və idman naziri Fərid Qayıbov Bakıda keçirilən "Üzgüçülük hamı üçün" layihəsinin final mərhələsinin açılış mərasimində deyib.
O, rəhbərlik etdiyi nazirliyin kütləviliyə hesablanmış layihələri və turnirin gedişatı barədə məlumat verib:
"Azərbaycan və Türkiyə təmsilçilərinin qatıldığı yarışların final mərhələsidir. Bir gün ərzində ölkənin bütün hovuzlarında eyni vaxtda turnir keçirilir və təsnifat mərhələsindən finala vəsiqə qazanan müxtəlif yaş qrupları üzrəı idman həvəskarları bu gün finalda mübarizə aparırlar. Təbii ki, bu, üzgüçülük idman növünün təbliğinə yönəlmiş bir tədbirdir".
F.Qayıbov yarışın artıq 6-cı ildir təşkil olunduğunu sözlərinə əlavə edib:
"Turnirin ilk 2 ili yalnız milli səviyyədə keçirilib. Son 4 ildə isə beynəlxalq status qazanaraq müxtəlif ölkələrin iştirakı ilə baş tutur".

















































































