İspaniyaya məğlub olaraq dünya çempionu titulunu əldən verən Argentina millisinin baş məşqçisi Lionel Skaloni emosiyalarını cilovlaya bilməyib.
Sportnet.az xəbər verir ki, 48 yaşlı mütəxəssis DÇ-2026-nın finalından sonra keçirilən mətbuat konfransında göz yaşlarına hakim ola bilməyib.
Skaloni çıxışı zamanı qısa, lakin təsirli sözlər işlədib: "Mən yaralanmışam! Ruhum yaralanıb. Məni bağışlayın".
Qeyd edək ki, ABŞ, Kanada və Meksikanın birgə ev sahibliyi etdiyi DÇ-2026-nın finalında İspaniya əlavə vaxtda Argentinanı 1:0 hesabı ilə məğlub edib. Görüşün yeganə qolunu 106-cı dəqiqədə Ferran Torres vurub.
Bununla da İspaniya tarixində ikinci dəfə dünya çempionu olub. Pireney təmsilçisi ilk titulunu 2010-cu ildə Cənubi Afrika Respublikasında keçirilən mundialın finalında Niderlandı əlavə vaxtda 1:0 hesabı ilə məğlub edərək qazanmışdı.
Argentina isə dünya çempionu titulunu qoruya bilməyərək yarışı gümüş medalla başa vurub.










































































