Azərbaycan Premyer Liqasında bəzi klubların ev oyunlarını keçirəcəyi stadionlarla bağlı son vəziyyət açıqlanıb.
Sportnet.az xəbər verir ki, bu barədə Peşəkar Futbol Liqasının (PFL) texniki-idman direktoru Elgiz Abbasov Premyer Liqanın 2026/2027-ci illər mövsümünün püşkatma mərasimindən sonra keçirilən brifinqdə məlumat verib.
O bildirib ki, həmin komandalardan hələlik ikisi rəqiblərini qəbul edəcəkləri stadionu müəyyənləşdirib: “Debütant “Şəfa” komandası Sumqayıtda yerləşən “SOCAR Polimer Arena”dan istifadə edəcək. Bildiyiniz kimi, burada iki stadion fəaliyyət göstərir. “Şəfa” ev oyunlarını yardımçı arenada keçirəcək. "Sabah" isə "Liv Bona Dea Arena"nı yeni mövsüm üçün ehtiyat stadion kimi təqdim edib. “İmişli” isə ev oyunlarını Yevlaxda keçirəcək. Digərlərindən fərqli olaraq, "Araz-Naxçıvan" stadion seçimi məsələsində müəyyənn problem yaşayır. Bununla bağlı klub tərəfindən PFL-ə hələlik rəsmi müraciət daxil olmayıb".
Elgiz Abbasov ötən mövsümlə müqayisədə stadionlarla bağlı vəziyyətin yaxşılaşdığını vurğulayıb: “Ötən il bu vaxt dörd komandanın stadion problemi var idi. Hazırda isə vəziyyət xeyli normallaşıb və ümumilikdə qənaətbəxşdir”.
Qeyd edək ki, Premyer Liqada yeni







































































