"Ermənistan cüdoçularının Bakıdakı dünya çempionatında iştirakları ilə bağlı problem yoxdur. Biz tam təminat vermişik".
Sportnet.az xəbər verir ki, bunu Azərbaycan Cüdo Federasiyasının icraçı-vitse-prezidenri Rəşad Rəsullu deyib.
Onun sözlərinə görə, burada reytinq məsələsi də rol oynayacaq.
Gənclər və İdman Nazirliyinin idman şöbəsinin müdiri Elnur Məmmədov isə bildirib ki, erməni əsilli idmançılara rəftarın necə olmasını Prezident İlham Əliyev Bakı-2015 I Avropa Oyunlarında göstərib.





































































