Braziliyalı MMA idmançısı Mişel Pereyranın Mütləq Döyüş Çempionatının (UFC) Bakıda keçiriləcək turnirindəki görüşü çox maraqlı alınacaq.
Sportnet.az xəbər verir ki, o, bu barədə mətbuat konfransında bildirib.
Döyüşçü Rusiya təmsilçisi Şarabutdin Maqomedovla maraqlı mübarizənin gözlədiyini deyib:
"Həmin gün maraqlı döyüş alınacaq. Bizi çətin mübarizə gözləyir. Rəqibimi məğlub etməliyəm. Biz döyüşə hazırlaşırıq və bunun üçün möhkəm olmalıyıq".
M. Pereyra şəxsi həyatı barədə danışıb:
"Fanatlar mənim haqqımda çox şey bilirlər. Sosial şəbəkədə paylaşımlar edirəm. Həyatım açıq kitab kimidir".
Xatırladaq ki, "UFC Fight Night Baku" turniri iyunun 27-də Milli Gimnastika Arenasında baş tutacaq. Gecənin əsas döyüşündə Azərbaycan təmsilçisi Rafael Fiziyev yüngül çəkidə meksikalı Manuel Torreslə qarşılaşacaq.












































































