2026-cı il dünya çempionatında növbəti oyun gününə yekun vurulub.
Sportnet.az xəbər verir ki, 4 qarşılaşmada ümumilikdə 13 qol vurulub.
J qrupunun görüşündə son dünya çempionu Argentina millisi Avstriyaya 2:0, I qrupunda isə Fransa İraqa 3:0, Norveç Seneqala 3:2 hesabı ilə qalib gələrək, pley-offa vəsiqəni təmin edib.
J qrupunda keçirilən digər qarşılaşmada Əlcəzair geridönüş edərək İordaniyanı 2:1 hesabı ilə məğlub edib. Nəticədə İordaniya qrupda qalıb.
İki turun ardından bombardirlər yarışında liderliyi Argentina millisinin kapitanı Lionel Messi qoruyur. Təcrübəli hücumçunun hesabında artıq 5 qol var.
İkinci yeri hərəyə 4 qolla Erlin Holann və Kilian Mbappe bölüşürlər. Hər iki futbolçu ikinci turda dubla imza ataraq qol sayını artırıb.
Almaniya millisindən Deniz Undav və Kanada yığmasından Conatan Devid isə hərəyə 3 qolla 4-5-ci yerlərdə qərarlaşıblar.
Qeyd edək ki, ABŞ, Kanada və Meksikanın birgə ev sahibliyi etdiyi dünya çempionatı iyunun 11-də start götürüb və iyulun 19-da başa çatacaq. Mundialın son qalibi Argentina millisi olub.











































































