Ümid edirəm ki, Nərimanın “Ərzurumspor”a keçidi uğurlu alınar.
Sportnet.az xəbər verir ki, bu sözləri AZƏRTAC-a açıqlamasında Azərbaycan millisinin və Türkiyənin “Bursaspor” komandasının futbolçusu Toral Bayramov deyib.
O, Nəriman Axundzadənin Superliqa təmsilçisi “Ərzurumspor”a transferini dəyərləndirib: “Nəriman Azərbaycanın gənc istedadlarından biridir. Amma indidən onun “Ərzurumspor”da nə qədər qol vuracağını demək düzgün olmaz. Hər bir futbolçunun arzusu qol vurmaqdır. İnanıram ki, o da komandasına fayda vermək üçün əlindən gələni edəcək".
Toral Bayramov Nərimanın Türkiyə klubundan təklif aldıqdan sonra onunla məsləhətləşdiyini bildirib: “Burada olduğum müddətdə gördüklərimi, əldə etdiyim təcrübəni onunla bölüşmüşəm, müəyyən məlumatlar vermişəm. Ərzurum və Bursa arasında məsafə çox olsa da, mütləq onunla görüşəcəyik”.
Qeyd edək ki, Nəriman Axunzadə “Ərzurumspor”a ABŞ-nin “Kolambus Kryu” klubundan 1 illik icarə əsasında keçib.















































































