Lui van Qaal yenidən Niderland yığmasının baş məşqçisi olmağa hazırdır.
Sportnet.az "De Telegraaf"a istinadən xəbər verir ki, 74 yaşlı mütəxəssis Niderland Kral Futbol Assosiasiyası (KNVB) ilə danışıqlara başlamağa müsbət yanaşır.
Məlumata görə, van Qaalın səhhətinin hazırkı durumu işləməyə imkan verir. Bununla belə, Niderland millisinə dönüş onun üçün əsas hədəf deyil.
KNVB istəyəcəyi təqdirdə, təcrübəli mütəxəssis dialoqa başlamağa hazırdır.
Qeyd edək ki, Lui van Qaal milli komandanın heyətindəki futbolçuların böyük əksəriyyəti ilə tanışdır. O, beynəlxalq turnirləri aktiv şəkildə izləməyə davam edir.
Van Qaal daha əvvəl 2000-2001, 2012 - 2014 və 2021-2022-ci illərdə Niderland yığmasının baş məşqçisi olub.











































































