Azərbaycanın qarışıq döyüş növləri (MMA) üzrə idmançısı Tofiq Musayev UFC-də növbəti qələbəsini əldə edib.
Sportnet.az xəbər verir ki, Serbiyanın paytaxtı Belqradda keçirilən turnirdə yüngül çəkidə çıxış edən təmsilçimiz slovakiyalı Lyudovit Kleynlə qarşılaşıb.
Tofiq Musayev döyüşün ikinci raundunda rəqibini texniki nokautla məğlub edərək UFC-də növbəti uğuruna imza atıb.









































































