Son olaraq I Liqa təmsilçisi "Səbail"də oynayan Səbayıl Bağırov karyerasını Qırğızıstanda davam etdirəcək.
Sportnet.az xəbər verir ki,31 yaşlı mərkəz müdafiəçisi
bu ölkənin “Ozqon” komandasına keçib. Bu barədə klubun rəsmi saytı məlumat yayıb.
Qeyd edək ki, bu komandada azərbaycanlı futbolçular - Orxan Əliyev, İldar Ələkbərov və Ramin Əhmədov da çıxış edir.








































































