Veteran stolüstü tennisçilərin Azərbaycan çempionatı keçirilir.
Sportnet.az xəbər verir ki, bu gün veteranlar arasında Azərbaycan çempionatına start verilib. "Şüa İdman Kompleksi"ndə keçirilən yarışda 60-a yaxın iştirakçı mubarizə aparır. Kişilər 40-49, 50-59, 60-69, 70 və daha yuxarı, qadınlar isə 40 yaşdan yuxarı yaş qrupunda bacarıqlarını göstərirlər. Yarışa iyunun 7-də yekun vurulacaq.













































































