Azərbaycan millisinin futbolçusu Mahir Emreli Almaniyanın "Kayzerslautern" klubundan Polşa təmsilçisi "Rakuv"a keçib.
Sportnet.az xəbər verir ki, bu barədə Almaniyanın "n-tv.de" nəşri məlumat yayıb.
29 yaşlı hücumçu tibbi müayinədən keçmək və müqavilə bağlamaq üçün Çenstoxova şəhərinə yollanıb.
Qeyd edək ki, Mahir Emreli 2025-ci ilin yayında "Nürnberq"dən "Kayzerslautern"ə transfer olunub.








































































