Bu gün və sabah futbol üzrə dünya çempionatında daha altı oyun təşkil olunacaq.
Sportnet.az xəbər verir ki, I qrupunda Norveç
Fransa ilə qarşılaşacaq. Seneqal isə İraqla münasibətlərini aydınlaşdıracaq.
Hər iki görüş Bakı vaxtı ilə saat 23:00-da başlayacaq.
Bakı vaxtı ilə saat 04:00-da H qrupunda Kapo Verde Səudiyyə Ərəbistanı ilə, İspaniya isə Uruqvayla üz-üzə gələcək.
G qrupunda İran Misirlə, Belçika isə Yeni Zelandiya ilə oynayacaq. Bu görüşlər isə 07:00-da start götürəcək.
26 İyun
I qrupu
23:00. Norveç - Fransa
Baş hakim: Maykl Oliver (İngiltərə)
"Gillette Staduim"
23:00. Seneqal - İraq
Baş hakim: Entoni Teylor ( İngiltərə)
Toronto, BMO Field stadionu
27 iyun
H qrupu
04:00. Kapo Verde - Səudiyyə Ərəbistanı
Baş hakim :Letexier F. (Fransa)
NRG Stadium, Hyuston
04:00. Uruqvay - İspaniya
Baş hakim: I.Elfath (ABŞ)
"Estadio Akron"
G qrupu
07:00. Misir - İran
Baş hakim: Şimon Marçinyak (Polşa)
Lumen Field
07:00. Yeni Zelandiya - Belçika
Baş hakim: Maxmadmeh (İordaniya)
BC Place














































































