Ekvador prezidenti Daniel Noboa milli komandanın DÇ-2026-nın qrup mərhələsinin son turunda Almaniya üzərində qazandığı 2:1 hesablı qələbədən sonra ölkədə rəsmi istirahət günü elan edib.
Sportnet.az xəbər verir ki, ABŞ-nin İst-Raterford şəhərindəki "MetLife" stadionunda keçirilən qarşılaşmada hesabı artıq 2-ci dəqiqədə Almaniya millisinin hücumçusu Leroy Sane açıb.
Lakin Ekvador cəmi 7 dəqiqə sonra Nilson Anqulonun qolu ilə tarazlığı bərpa edib. Oyunda son sözü isə 77-ci dəqiqədə Qonsalo Plata deyib və Cənubi Amerika təmsilçisinə vacib qələbə qazandırıb.
Bu nəticədən sonra Almaniya və Kot-d'İvuar hərəyə 6 xalla E qrupunda ilk iki pilləni bölüşür. Ekvador 4 xalla üçüncü yerdə qərarlaşıb, Kurasao isə 1 xalla sonuncu olub.
Prezident Daniel Noboa sosial şəbəkə hesabında milli komandanın uğurunu yüksək qiymətləndirərək ölkədə rəsmi istirahət günü elan olunduğunu açıqlayıb.














































































