İngiltərənin “Mançester Siti” klubu “Nottingem Forest”in yarımmüdafiəçisi Elliot Andersonın transferi istiqamətində danışıqları davam etdirir.
Sportnet.az xəbər verir ki, bu barədə jurnalist Nikolo Şira məlumat yayıb.
Məlumata görə, Mançester təmsilçisi 23 yaşlı futbolçunun keçidini yaxın vaxtlarda rəsmiləşdirmək məqsədilə 135-140 milyon avro məbləğində yeni təklif hazırlayır.
Bundan əvvəl “şəhərlilər” yarımmüdafiəçi üçün bonuslarla birlikdə 106 milyon funt sterlinq məbləğində təklif irəli sürmüşdülər.
Bildirilir ki, “Mançester Siti” futbolçu ilə 2031-ci ilin yayına qədər nəzərdə tutulan şəxsi müqavilənin şərtlərini artıq razılaşdırıb. Andersonun özü də komandaya keçməkdə maraqlıdır və transferin mümkün qədər tez başa çatmasını istəyir.
2025/2026 mövsümündə Elliot Anderson bütün turnirlərdə 50 oyunda meydana çıxıb, 4 qol vurub və 5 məhsuldar ötürmə edib.










































































