İspaniyanın “Atletiko” (Madrid) klubu İngiltərənin “Fulhem” komandasında çıxış edən mərakeşli müdafiəçi İssa Diopun transferində maraqlıdır.
Sportnet.az xəbər verir ki, bu barədə İspaniya mətbuatı məlumat yayıb.
Bildirilib ki, Madrid təmsilçisi 29 yaşlı futbolçunun transferini reallaşdırmaq üçün fəaliyyətə başlayıb. Məlumata görə, İ.Diop da karyerasını İspaniyada davam etdirməyə müsbət yanaşır və bu istəyini menecerinə çatdırıb.
Futbolçunun “Fulhem” klubu ilə müqaviləsinin müddəti 2027-ci il iyunun 30-dək qüvvədədir.
Fransanın U-21 yığmasının sabiq üzvü olan İssa Diop peşəkar karyerası ərzində “Tuluza” və “Vest Hem” klublarının da formasını geyinib.













































































