Norveç millisi 2026-cı il dünya çempionatının 1/8 finalında Braziliyanı 2:1 hesabı ilə məğlub edib.
Sportnet.az xəbər verir ki, ABŞ-ın İst-Raterford şəhərində yerləşən "Metlayf" stadionunda keçirilən görüşdə skandinaviyalıların hər iki qolu Erlin Holann vurub.
Norveçli hücumçu 80-ci və 90-cı dəqiqələrdə fərqlənərək komandasına qələbə qazandırıb.
5 qat dünya çempionlarının yeganə qolunu isə 90+10-cu dəqiqədə Neymar vurub.
Matçın əvvəlində isə Braziliya hesabı açmaq imkanı əldə etsə də, Bruno Gimaraeş 14-cü dəqiqədə təyin olunan penaltidən yararlana bilməyib.
Neymar meydançaya 67-ci dəqiqədə daxil olub.
Norveç bu qələbə sayəsində 1/4 finala yüksəlib, Braziliya isə mundialla vidalaşıb.
Norveçin növbəti mərhələdə rəqibi saat 04:00-da başlanacaq Meksika - İngiltərə görüşünün qalibi olacaq.
DÇ-2018
1/8 final
6 iyul
00:00. Braziliya - Norveç - 1:2
Qollar: Neymar 90+10 (pen)- Erlinq Holann 80; 90
Baş hakim: İsmail Elfat (ABŞ)
İst Raterford (ABŞ), "Metlayf" stadionu.










































































