Gənclər və İdman Nazirliyi ilə Azərbaycan Şahmat Federasiyasının birgə təşkilatçılığı ilə idman jurnalistləri arasında şahmat turniri təşkil olunacaq.
Sportnet.az xəbər verir ki, “Bakı 2026 – Dünyanın İdman Paytaxtı” layihəsi çərçivəsində və 22 İyul – Milli Mətbuat Günü münasibətilə keçiriləcək yarışın qalib və mükafatçıları diplom, pul mükafatı və hədiyyələrlə təltif ediləcəklər.
Turnir iyulun 12-də saat 12:00-da Ağ şəhərdə yerləşən “AĞ AT” şahmat məktəbində baş tutacaq.
Yarışda iştirak etmək istəyən media nümayəndələri iş vəsiqələrini media@asf.org.az elektron poçt ünvanına göndərməklə qeydiyyatdan keçə bilərlər. Müraciətlərin qəbulu iyulun 10-u saat 18:00-dək davam edəcək.









































































