2026-cı il dünya çempionatının 1/16 final mərhələsində Argentina millisi Kabo Verde yığmasını dramatik mübarizədən sonra 3:2 hesabı ilə məğlub edərək növbəti mərhələyə yüksəlib.
Sportnet.az xəbər verir ki, ABŞ-nin Mayami şəhərindəki "Hard Rok" stadionunda keçirilmiş görüşün baş hakimi kanadalı Dryu Fişer olub.
Argentina hesabı matçın 29-cu dəqiqəsində açıb. Lionel Messi Lisandro Martinesin ötürməsindən sonra fərqlənərək komandasını önə çıxarıb.
Kabo Verde 59-cu dəqiqədə Deroy Duartenin qolu ilə tarazlığı bərpa edib və əsas vaxt 1:1 hesabı ilə başa çatıb.
Əlavə vaxtda - 93-cü dəqiqəsində Lisandro Martines künc zərbəsindən sonra argentinalıları yenidən hesabda irəli çıxarıb. Lakin Kabo-Verde təslim olmayıb və 103-cü dəqiqədə Sidney Lopes Kabralın qolu ilə yenidən bərabərliyi təmin edib.
Matçın taleyi 111-ci dəqiqədə həll olunub. Lionel Messinin yerinə yetirdiyi künc zərbəsindən sonra Kabo-Verdenin müdafiəçisi Diney Borjeş topu öz qapısından keçirərək avtoqola imza atıb və Argentina 3:2 hesablı qələbə qazanıb.
Bu nəticə ilə son dünya çempionu Argentina 1/8 finala yüksəlib. Cənubi Amerika təmsilçisi növbəti mərhələdə Misir millisi ilə üz-üzə gələcək. Kabo Verde isə keçirdiyi oyunları heç birində əsas vaxtda uduzmadığı halda, mundialla vidalaşıb.








































































