Sloveniyada təlim-məşq toplanışında olan "Neftçi" ilk yoxlama matçına çıxıb.
Sportnet.az xəbər verir ki, paytaxt təmsilçisi Rumıniyanın "ÇFR Kluj" komandası ilə üz-üzə gəlib.
Görüş rəqibin 2:1 hesablı qələbəsi ilə yekunlaşıb.
Bakı klubunun qolunu Bassala Sambu vurub.
Qeyd edək ki, Yuri Vernidubun baş məşqçi olduğu komanda iyulun 6-da "Partizan" (Serbiya), 10-da "Radniçki Niş" (Serbiya), 13-də isə "Osiyek" (Xorvatiya) klubları ilə qarşılaşacaq.





































































