2026-cı il dünya çempionatının 1/8 final cütlərindən 3-nün tərkibi müəyyənləşib.
Sportnet.az-ın məlumatına görə, indiyədək 1/16 final səddini keçən 6 komanda növbəti mərhələdə bir-birilərinə rəqib olub.
DÇ-2026
1/8 final
4 iyul
21:00. Kanada - Mərakeş
5 iyul
01:00. Paraqvay - Fransa
6 iyul
00:00. Braziliya - Norveç
Digər tərəfdən, Paraqvay - Fransa matçının qalibinin 1/4 finalda Kanada - Mərakeş oyununun güclüsü ilə qarşılaşacağı da məlum olub.
Qeyd edək ki, 1/16 final mərhələsinin qalan 10 oyununun nəticələrinə əsasən növbəti raundun daha 5 cütünün tərkibi formalaşacaq.










































































