Avropa Oyunları Parkında (EGP Arena) çimərlik güləşi üzrə U-17 Azərbaycan çempionatı keçirilib.
Sportnet.az xəbər verir ki, yarışda rekord sayda – 131 güləşçi 4 çəkidə çıxış edib.
Əvvəlcə nokaut sistemiylə mübarizəyə start verilib. Daha sonra iştirakçılar qruplara bölünüb və hər qrupda ilk 2 yeri tutanlar növbəti mərhələyə adlayıb. 1/4 final və yarımfinal qarşılaşmalarından sonra medallar uğrunda görüşlər keçirilib.
60 kq
- Ömər Zeynalov (Arena)
70 kq
- Rəşad Əliyev (UGİM-1)
80 kq
- Ruslan Vəliyev (Neftçi)
90 kq
- Elvin Hacıquliyev (Xaçmaz)
Sabah eyni məkanda çimərlik güləşi üzrə kişilər və U17 qızlar arasında Azərbaycan çempionatı keçiriləcək.














































































