Futbol üzrə dünya çempionatında 1/16 final mərhələsinə start verilib.
Sportnet.az xəbər verir ki, Cənubi Afrika Respublikası Kanada ilə üz-üzə gəlib.
SoFi stadionunda keçirilən qarşılaşma Kanadanın 1:0 hesablı qələbəsi ilə yekunlaşıb.
Yeganə qolu 90+2-ci dəqiqədə Steven Euştakiu vurub.
Kanada növbəti raundda Niderland - Mərakeş cütünün qalibi ilə oynayacaq.
DÇ-2026
1/16 final
28 İyun
23:00. CAR - Kanada - 0:1
Qol:Steven Euştakiu, 90+2
Baş hakim: Joau Pineyru ( Portuqaliya)
SoFi stadionu












































































