İspaniyanın "Real" klubu Portuqaliya millisinin futbolçusu Bernardu Silvanı heyətinə qatıb.
Sportnet.az xəbər verir ki, bu barədə Madrid təmsilçisi məlumat yayıb.
31 yaşlı vingerin müqaviləsinin müddəti 2028-ci ilin yayınadək nəzərdə tutulub.
Xatırladaq ki, Bernardu Silva son olaraq İngiltərədə "Mançester Siti"nin formasını geyinib.



















































































