Mütləq Döyüş Çempionatının (UFC) Bakıda keçiriləcək turnirində 70-ə yaxın ölkədən azarkeşlərin olacağı gözlənilir.
Bu barədə Sportnet.az-a Bakı Şəhər Halqası Əməliyyat Şirkətindən məlumat verilib.
Qurumdan bildirilib ki, yarışa maraq olduqca yüksəkdir:
"Bilet satışı ötən ilin eyni dövrü ilə müqayisədə daha sürətlə davam edir və satılan biletlərin yarısını xarici azarkeşlər əldə edib. Turnirə ən böyük maraq ABŞ, Böyük Britaniya, Almaniya, Türkiyə, Qazaxıstan və İsraildən müşahidə olunur. Ümumilikdə isə biletlər dünyanın 67 ölkəsindən olan azarkeşlər tərəfindən əldə edilib".
Xatırladaq ki, bu il "UFC Fight Night" iyunun 27-də Milli Gimnastika Arenasında baş tutacaq.















































































