Bu gün ABŞ-nin Mayami şəhərində FIFA İcraedici Futbol Sammiti keçirilir.
Sportnet.az xəbər verir ki, FIFA dünya çempionatı – 2026 çərçivəsində təşkil olunan tədbirdə AFFA-nı baş katib Cahangir Fərəcullayev təmsil edir. Tədbir zamanı gənc futbolçuların inkişafı və strategiyaya həsr olunmuş rəsmi sessiyalar keçirilib, eləcə də, gələcək layihələr ətrafında fikir mübadiləsi aparılıb.















































































