Türkiyə milli komandası dünya çempionatında 24 ildən sonra ilk oyununa çıxacaq.
Sportnet.az xəbər verir ki, D qrupunda yer alan "ay-ulduzlular" 2026-cı il dünya çempionatındakı ilk matçında iyunun 14-də Avstraliya ilə qarşılaşacaq.
Kanadanın Vankuver şəhərindəki BC Place stadionunda keçiriləcək görüş Bakı vaxtı ilə saat 08:00-da başlayacaq.
Hakimlər briqadası müəyyənləşib
Qarşılaşmanı Venesueladan olan hakim idarə edəcək. Onun köməkçiləri həmyerliləri Xorxe Urreqo və Tulio Moreno olacaq. Dördüncü hakim funksiyasını isə Perudan Kevin Orteqa yerinə yetirəcək.
Qrupun digər oyununda ABŞ və Paraqvay üz-üzə gələcək.

24 ildən sonra dünya çempionatında
Uzun sürən dünya çempionatı həsrətinə son qoyan Türkiyə yığması 24 ildən sonra yenidən bu turnirdə mübarizə aparacaq.
Millilər qrup mərhələsindəki mübarizəyə Avstraliya ilə oyunla start verəcək.
Türkiyə millisinin iştirak ərizəsi
Baş məşqçi Vincenzo Montellanin sərəncamında olan 26 nəfərlik heyət belədir:
Qapıçılar: Altay Bayındır, Mert Günok, Uğurcan Çakır
Müdafiəçilər: Abdülkərim Bardakcı, Eren Elmalı, Çağlar Söyüncü, Mert Müldür, Ferdi Kadıoğlu, Merih Demiral, Ozan Kabak, Samet Akaydın, Zeki Çelik.
Yarımmüdafiəçilər: Hakan Çalhanoğlu, İsmail Yüksek, Kaan Ayhan, Orkun Kökçü, Salih Özcan.
Hücumçular: Arda Güler, Barış Alper Yılmaz, Yunus Akgün, Can Uzun, Deniz Gül, İrfan Can Kahveci, Kenan Yıldız, Kerem Aktürkoğlu, Oğuz Aydın.
Qrupdakı digər oyunlar
Türkiyə yığmasının qrup mərhələsində keçirəcəyi digər matçlar:
20 iyun
07:00. Türkiyə – Paraqvay
San Francisko (ABŞ), "Bay Area" stadionu
26 iyun
06:00. Türkiyə – ABŞ
Los Anceles (ABŞ), Los Anceles stadionu
Tarixində 652-ci oyun
Türkiyə milli komandası tarixində 652-ci matçına çıxacaq.
103 illik tarixində 651 oyun keçirən komanda bunların 259-da qələbə qazanıb, 151 dəfə heç-heçə edib, 241 dəfə məğlub olub.
Türkiyə indiyədək 903 qol vurub, 927 qol buraxıb.
93 fərqli rəqibə qarşı
Türkiyə millisi bu günədək 93 ölkənin yığması ilə qarşılaşıb.
Keçirdiyi 651 oyunun 564-ü Avropa, 34-ü Asiya, 24-ü Afrika, 26-sı Amerika, 3-ü isə Okeaniya təmsilçilərinə qarşı olub.
Yeganə texniki qələbə Yunanıstana qarşı
Türkiyə yığmasının tarixində yeganə texniki qələbəsi Yunanıstan üzərində qeydə alınıb.
2015-ci ildə keçirilən və 0:0 hesabı ilə başa çatan yoldaşlıq görüşündən sonra FIFA yunanların qayda pozuntusuna yol verdiyini əsas gətirərək nəticəni Türkiyənin xeyrinə 3:0 hesab edib.
Avstraliya ilə üçüncü görüş
Türkiyə və Avstraliya yığmaları tarixdə üçüncü dəfə qarşılaşacaq.
Əvvəlki iki görüşdə Türkiyə qalib gəlib. 2004-cü ildə keçirilən oyunlar 1:0 və 3:1 hesabı ilə başa çatıb.
Montellanın rəhbərliyi altında 34-cü matç
Türkiyə millisi Montellanın rəhbərliyi altında 34-cü oyununa çıxacaq.
İtaliyalı mütəxəssisin rəhbərliyi altında keçirilən 33 görüşdə komanda 20 qələbə qazanıb, 5 heç-heçə edib və 8 dəfə məğlub olub. Bu oyunlarda Türkiyə 61 qol vurub, 41 qol buraxıb.
Ehtimal olunan start heyətləri
Avstraliya: Rayan, İtaliano, Çirkati, Souttar, Herrinqton, Bos, Metkalf, İrvayn, O'Nil, Lekki, Ture.
Türkiyə: Uğurcan, Zeki, Merih, Abdülkərim, Ferdi, Hakan, İsmail, Arda, Yunus, Barış Alper, Kerem Aktürkoğlu.



























































































