2026-cı il dünya çempionatının C qrupunda I turun oyununda Şotlandiya millisi Haiti üzərində minimal hesablı qələbə qazanıb.
Sportnet.az xəbər verir ki, ABŞ-nin Foksboro şəhərindəki "Cillet" stadionunda keçirilən qarşılaşmanı əlcəzairli baş hakim Mustafa Qorbal idarə edib.
Matçın taleyini 28-ci dəqiqədə vurulan yeganə qol həll edib. Şotlandiya yığmasının yarımmüdafiəçisi Con Makginn rəqib qapısına yol taparaq komandasına 1:0 hesablı qələbə qazandırıb.
Beləliklə, Şotlandiya DÇ-2026-nın final mərhələsinə 3 xalla başlayıb. Haiti isə ilk turu xalsız başa vurub.
Xatırladaq ki, C qrupunun digər görüşündə beşqat dünya çempionu Braziliya DÇ-2022-nin 4-cü yer sahibi Mərakeşlə 1:1 hesablı heç-heçə edib. Növbəti turda Şotlandiya Mərakeşlə, Haiti isə Braziliya ilə üz-üzə gələcək.


















































































