2026-cı il dünya çempionatında Braziliya Mərakeşlə üz-üzə gəlib.
Sportnet.az xəbər verir ki, Nyu-York/Nyu-Cersi stadionunda keçirilən C qrupunun matçında qalib müəyyənləşməyib - 1:1.
Afrikalıların heyətində 21-ci dəqiqədə İsmael Saibari fərqlənib. "Sambaçılar"ın bərabərlik qolunu isə 32-ci dəqiqədə Vinisius vurub.
Qeyd edək ki, bu qrupun digər oyunu saat 05:00-da Haiti və Şotlandiya arasında keçiriləcək.
14 iyun
DÇ-2026
C qrupu
02:00. Braziliya - Mərakeş - 1:1
Qollar: Vinisius Junior 32 - İsmael Saibari 21
Baş hakim: Slavko Vinçiç (Sloveniya)
İst Raterford (ABŞ), "Metlayf" stadionu.











































































