Avstriyada təlim-məşq toplanışında olan Azərbaycan milli komandasının heyətində dəyişiklik edilib.
Sportnet.az AFFA-nın rəsmi saytına istinadən xəbər verir ki, Anton Krivotsyuk və Abdulla Xaybulayev heyətdən çıxarılıblar.
Buna Malta ilə yoldaşlıq görüşü zamanı onların bir-biriləri ilə dalaşmaları səbəb olub. Münaqişə rəqibin 86-cı dəqiqədə vurduğu qoldan sonra baş verib.
Qeyd edək ki, oyun Malta yığmasının qələbəsi ilə yekunlaşıb - 2:0.














































































