Futzal üzrə 2028-ci il dünya çempionatının əsas seçmə mərhələsində mübarizə aparacaq Azərbaycan milli komandasının yer aldığı XII qrupun oyunlarının təqvimi açıqlanıb.
Azərbaycan Futzal Federasiyasından Sportnet.az-a verilən məlumata görə, yığma ilk matçını oktyabrın 16-da səfərdə Çexiyaya qarşı keçirəcək.
Noyabrın 5-də bu komanda ilə evdə qarşılaşacaq Azərbaycan millisi 3 gün sonra Latviya seçməsini qəbul edəcək. Yığmamız 2027-ci il fevralın 27-də isə Latviya ilə səfərdə üz-üzə gələcək.











































































