Ukraynanın "Şaxtyor Donetsk" komandasının baş məşqçisi Arda Turan futbol tarixinin ən çox müzakirə olunan suallarından birinə münasibət bildirib.
Sportnet.az xəbər verir ki, türkiyəli mütəxəssis Lionel Messi ilə Kriştianu Ronaldo arasında seçim edərək argentinalını üstün tutub.
Arda Turan "Kafa Sports"a açıqlamasında bunları deyib: "Kimsə bu suala "Kriştianu Ronaldu" cavabını versə, onunla futbol barədə danışmaram. Ronaldu dünyanın ən yaxşı futbolçusudur, amma Messi bu dünyadan deyil".
Hazırda hər iki ulduz futbolçu 2026-cı il dünya çempionatında mübarizəni davam etdirir. Portuqaliya yığması 1/16 final mərhələsində Xorvatiya ilə, Argentina isə Kabo-Verde ilə üz-üzə gələcək.
Qeyd edək ki, 2026-cı il dünya çempionatı ABŞ, Kanada və Meksikada keçirilir. Mundial iyunun 11-də start götürüb və iyulun 19-da başa çatacaq. Yarışın son qalibi Argentinadır. Cənubi Amerika təmsilçisi 2022-ci ildə Qətərdə keçirilmiş mundialın finalında Fransanı əsas və əlavə vaxtı 3:3 başa çatan oyundan sonra penaltilər seriyasında 4:2 hesabı ilə məğlub edərək dünya çempionu olub.








































































