Mövsümün sonunda baş məşqçisi Azər Bağırovla yollarını ayıran “Kəpəz” Arif Əsədovla danışıqlar aparır.
Sportnet.az-ın əldə etdiyi məlumata görə, təcrübəli mütəxəssis "Kəpəz"ə yeni rəhbər təyin olunacaq şəxslə görüşüb.
Tərəflər arasında davam edən danışıqlarda bir sıra məsələlər üzrə razılıq əldə olunub. Hazırda son detallar müzakirə edilir.
Fors-major hal baş verməsə, təcrübəli çalışdırıcının təyinatının bu həftə açıqlanacağı gözlənilir.
Qeyd edək ki, Arif Əsədov son dəfə Azərbaycan millisində müvəqqəti baş məşqçi kimi çalışıb.



















































































