Neymar Braziliya millisinin dünya çempionatının Mərakeşlə keçiriləcək birinci tur matçını qaçıra bilər.
Sportnet.az xarici mətbuata istinadən xəbər verir ki, 34 yaşlı hücumçu hələ də komandanın məşqlərinə qoşulmayıb.
“Santos”un heyətində zədə alan oyunçunun hələ də sağalma prosesində olduğu qeyd edilib.
C qrupunda yer alan Braziliya millisi Mərakeşlə iyunun 14-də üz-üzə gələcək.



















































































