“İmişli” yay transfer dövründə daha bir futbolçunu heyətinə qatıb.
Klubun mətbuat xidmətindən Sportnet.az-a verilən məlumata görə, anqolalı Dominqos Senqui Hermeneqildo (Picas) komandanın yeni üzvüdür.
25 yaşlı futbolçu ilə 2+1 illik müqavilə imzalanıb.
Sağ cinah vingeri mövqeyində çıxış edən "Pikas" ləqəbli karyerası ərzində Anqolanın “Petro Luanda”, eləcə də Portuqaliyanın “Şaveş”, “Torreenşe”, “Feyrenşe” və “Fafi” klublarının formasını geyinib.












































































