Braziliyada qadınlar arasında keçirilən həvəskar futzal matçında xoşagəlməz hadisə baş verib.
Sportnet.az xəbər verir ki, Eusebio Bələdiyyəsinin qadınlar çempionatında "As Resenhas" və "Projeto RDJ Esport Feminino" komandaları arasında keçirilən qarşılaşmada Lara du Nasimentu Kosta rəqib futbolçulara fiziki hücum edib.
O, əvvəlcə qayda pozuntusundan sonra yerə yıxılan Ana Xuliya Alenkara iki dəfə ayaqla zərbə endirib. Daha sonra müdaxilə etməyə çalışan digər oyunçunun üzünə yumruq vurub. Hadisə təxminən 5 saniyə davam edib.
Baş verənlərdən sonra Ana Xuliya Alenkar xəstəxanaya aparılıb. Qarşılaşma isə dərhal dayandırılıb. İnsident zamanı "As Resenhas" komandası 0:1 hesabı ilə geridə olub.
İntizam araşdırmasının yekununda Lara du Nasimentu Kosta Eusebio İdman Liqasının təşkil etdiyi bütün yarışlardan 5 il müddətinə uzaqlaşdırılıb. Onun komandası da hadisəyə görə cəzalandırılıb.
Brazilian futsal player Lara Do Nascimento Costa slide tackled Anna Julia Alencar and in a rush of adrenaline and emotion went ahead to kick her opponent twice in the head as she writhed in pain on the floor.
— The Football Assembly (@TF_Assembly) July 27, 2026
The aftermath has seen her banned from the sport for 5 years while her…











































































