Bu yay "Qarabağ"dan ayrılaraq Şotlandiya "Seltik"inə keçən Kamilo Duran qollarına davam edir.
Sportnet.az xəbər verir ki, kolumbiyalı hücumçu "Milan"la (İtaliya) keçirilən yoldaşlıq oyununda 1 qol və 1 məhsuldar ötürmə ilə yadda qalıb.
O, 11-ci dəqiqədə hesabı açıb. 27-ci dəqiqədə isə məhsuldar ötürmə müəllifi olub.
Qarşılaşma 2:2 hesablı heç-heçə ilə yekunlaşıb.
24 yaşlı futbolçu artıq "Seltik"də ardıcıl 3-cü oyunda fərqlənməyi bacarıb. O, bundan əvvəl "Sportinq" və "Midlsbro" ilə yoldaşlıq görüşlərində də qol vurmuşdu.








































































