Bakıda keçiriləcək güləş üzrə 17 yaşadək (U-17) idmançılar arasında dünya çempionatında Ermənistan yığması da iştirak edəcək.
Sportnet.az xəbər verir ki, bu barədə Ermənistan Güləş Federasiyası məlumat yayıb.
Bildirilib ki, Ermənistan yığması mundialda 16 idmançı ilə təmsil olunacaq.
Qeyd edək ki, güləş üzrə U-17 dünya çempionatı iyulun 27-dən avqustun 2-dək Bakıda təşkil ediləcək.
Heyəti sizə təqdim edirik:
Sərbəst güləş
51 kq – Murad Qaribyan
55 kq – Davit Baleyan
60 kq – Qrişa Qevorqyan
65 kq – Erik Papikyan
71 kq – Varujan Aslanyan
80 kq – Vaçe Aslanyan
Baş məşqçi: Arşak Hayrapetyan.
Yunan-Roma güləşi
45 kq – Vazgen Vardanyan
48 kq – Ararat Avetisyan
51 kq – Gevorq Arutyunyan
55 kq – Geğam Yeğiazaryan
60 kq – Artuş Petrosyan
65 kq – Vazgen Mnatsakanyan
71 kq – Canes Nazaryan
80 kq – Vahe Hoveyan
92 kq – Aleksan Şalcıyan
110 kq – Xaçik Xaçatryan
Baş məşqçi: Qaqik Xaçatryan.











































































