2026-cı il dünya çempionatının F qrupunda III turun oyunları başa çatıb və 1/16 finala vəsiqə qazanan komandalar müəyyənləşib.
Sportnet.az xəbər verir ki, Arlinqtonda keçirilmiş qarşılaşmada İsveç və Yaponiya milliləri 1:1 hesablı heç-heçəyə razılaşıblar.
Hesabı 56-cı dəqiqədə Yaponiya yığmasının hücumçusu Dayzen Maeda açsa da, isveçlilər cəmi bir neçə dəqiqə sonra Entoni Elanqanın qolu ilə bərabərliyi təmin ediblər.
Digər matçda isə Niderland millisi Kanzas-Sitidə Tunisə 3:1 hesabı ilə qalib gəlib. Hesab 3-cü dəqiqədə Elyes Sxirinin avtoqolu ilə açılıb. Ardınca Brayan Brobbi fərqi artırıb. Tunis 54-cü dəqiqədə Hazem Masturinin qolu ilə ümidlənsə də, 62-ci dəqiqədə Yan Pol van Hekkenin dəqiq zərbəsi Niderlandın qələbəsini rəsmiləşdirib.
Beləliklə, Niderland 7 xalla F qrupunun qalibi kimi pley-offa yüksəlib və 1/16 finalda Mərakeşlə qarşılaşacaq. Yaponiya 5 xalla ikinci yeri tutaraq növbəti mərhələyə vəsiqə qazanıb. Asiya təmsilçisi 1/16 finalda Braziliya ilə üz-üzə gələcək.
İsveç 4 xalla qrupu üçüncü pillədə başa vurub və üçüncü yerlər arasında ən yaxşı səkkiz komandadan biri kimi pley-offa yüksəlib. Tunis isə üç oyundan sonra xal qazana bilməyərək sonuncu yeri tutub və mundialla vidalaşıb.
DÇ-2026
III tur
26 iyun
F qrupu
03:00. Yaponiya - İsveç - 1:1
Qollar: Dayzen Maeda, 56 - Entoni Elanqa, 62
Baş hakim: İvan Barton (Salvador)
Dallas (ABŞ), AT&T stadionu
03:00. Tunis - Niderland - 1:3
Qollar: Hazem Masturi, 54 - Elyes Sxiri, 3 (öz qapısına). Brayan Brobbi, 7. Yan Paul van Hekke, 62
Baş hakim: Katya İtsel Qarsiya (Meksika)
Kanzas Siti (ABŞ), "Errouhed" stadionu
Xal durumu: Niderland - 7, Yaponiya - 5, İsveç - 4, Tunis - 0













































































