2026-cı il dünya çempionatında İngiltərə millisinin futbolçularına məxsus əşyaların oğurlanması ilə bağlı hadisədə iki əfqanın əli ola bilər.
Sportnet.az-ın “Daily Mail”ə istinadən məlumatına görə, polis şübhəliləri saxlayıb.
Onların 40 yaşlı Mustafa Salik və 35 yaşlı Erfan Kamal olduğu qeyd edilir. Hər iki şəxsin Əfqanıstandan olduğu və “Taliban”la mübarizəyə kömək etdiklərinə görə ABŞ vətəndaşlığı aldığı iddia olunur.
Şübhəliləri 7 ilə qədər həbs cəzası gözləyir.
Daha əvvəl yayılan xəbərlərə görə, İngiltərə yığmasının üzvləri 2026-cı il dünya çempionatında istifadə etməyi planlaşdırdıqları butslarını, topları və texniki heyətə aid müxtəlif ləvazimatları itirmişdilər. Sonradan oğurlanan əşyaların bir hissəsinin geri qaytarıldığı açıqlanıb.











































































