Üç həftədir Bakıdayam. Özümü yerli kimi hiss edirəm. Tarixi yerləri, məkanları gördüm.
Sportnet.az xəbər verir ki, bu sözləri Bakıda keçiriləcək UFC turnirində iştirak edəcək döyüşçü Asu Almabayev deyib.
Qazaxıstanlı paytaxta tarixi yerləri, məkanları gördüyünü bildirib: "Bundan əvvəl hazırlığımı Qafqazda, dağlarda və Bakıda keçirdik. Üç kampım vardı. Son düşərgəm burada oldu. Mən özüm barədə deyə bilərəm ki, universal döyüşçüyəm. Bunu döyüşdə görəcəksiniz. Xüsusi sürpriz görünməyəcək. Əsas bu olacaq ki, qələbə parlaq olsun".
Asu Rafael Fiziyevin rəqibi Çarlza məsləhət verməsi barədə bu sözləri deyib:
"Fiziyev yaxşı döyüşçüdür. Əminəm ki, Rafael ona yaxşı məsləhətlər verib. Ümid edirəm ki, o məsləhətlər ona kömək olacaq".











































































