Azərbaycanın olimpiya, dünya və 4 qat Avropa çempionu Hidayət Heydərovun Monqolustanın paytaxtı Ulan Batorda keçirilən Böyük Dəbilqədə tatamiyə çıxmamasının səbəbi müəyyənləşib.
Bu barədə Sportnet.az-a federasiyanın mətbuat xidmətindən açıqlama verilib.
Bildirilib ki, 29 yaşlı idmançı çəkisini sala bilmədiyi üçün yarışa buraxılmayıb. O, 73 kq çəki dərəcəsində çıxış etməli idi.
Qeyd edək ki, Hidayət Heydərov daha əvvəl Özbəkistanın paytaxtı Daşkənddə keçirilmiş Böyük Dəbilqədə də çəki səbəbindən mübarizə apara bilməyib.




















































































