Transfer çalışmalarını davam etdirən “Araz-Naxçıvan” Alexandro Herrera ilə müqavilə imzalayıb.
klubun mətbuat xidmətindən Sportnet.az-a verilən məlumata görə, kolumbiyalı yarımmüdafiəçi ilə anlaşma “1+1” il müddətinədir.
21 yaşlı mərkəz yarımmüdafiəçisi “Arko Zaragoza” akademiyasının yetirməsidir.
Peşəkar futbolçu karyerasına Argentina “Banfield”ində başlayan Herreranın sonuncu klubu Dominikanın “San Kristobal”ı olub.











































































