Almaniya millisinin sabiq futbolçusu Mirislav Kloze Argentina millisinin hücumçusu Lionel Messinin dünya çempionatları tarixində ən çox qol vuran futbolçu ünvanını ondan almasına reaksiya verib.
Sportnet.az-ın məlumatına görə, hazırda Almaniya "Nürnberq"inin baş məşqçisi vəzifəsində çalışan 48 yaşlı mütəxəssis "Süddeutsche Zeitung" nəşrinə açıqlama verib.
“Mən həmişə demişəm ki, Messi o qədər də pis deyil. Messi mənim üçün bütün zamanların ən yaxşı futbolçusudur. Təbriklər, çempion”, - deyə o bildirib.
Qeyd edək ki, Argentina – Avstriya matçında (2:0) Lionel Messi dubl edərək mundiallarda vurduğu qolların sayını 18-ə çatdırıb və 16 qolla rekord sahibi olan Mirislav Klozeni geridə qoyaraq turnir tarixinin ən məhsuldar futbolçusu olub.










































































