2026-cı il dünya çempionatının I qrupunda II turun son oyunu keçirilib.
Sportnet.az xəbər verir ki, ABŞ-nin İst-Raterford şəhərindəki "Metlayf" stadionunda Norveç və Seneqal milliləri üz-üzə gəlib.
Qarşılaşma Norveç yığmasının 3:2 hesablı qələbəsi ilə yekunlaşıb. Hesab 43-cü dəqiqədə açılıb. Oyuna 13-cü dəqiqədə əvəzetmə ilə daxil olan müdafiəçi Markus Pedersen Norveçi önə keçirib.
Fasilədən dərhal sonra, 48-ci dəqiqədə komandanın ulduz hücumçusu Erlin Holann fərqlənərək hesabı 2:0-a çatdırıb. Seneqal isə 53-cü dəqiqədə Ismaïla Sarrın qolu ilə fərqi azaldıb.
Lakin Norveç cəmi beş dəqiqə sonra yenidən iki topluq üstünlüyü bərpa edib. Holann özünün ikinci, komandasının isə üçüncü qolunu vuraraq hesabı 3:1 edib.
Matçın əsas vaxtına əlavə olunmuş üçüncü dəqiqədə Sarr dubla imza atsa da, bu qol Seneqalı məğlubiyyətdən xilas etməyib. Beləliklə, Norveç dünya çempionatında ilk qələbəsini qazanıb.
Qrup mərhələsinin son turunda Norveç iyunun 26-da Fransa millisi ilə qarşılaşacaq. Seneqal isə həmin gün İraqla münasibətlərə aydınlıq gətirəcək.
DÇ-2026
II tur
I qrupu
04:00. Norveç - Seneqal
Baş hakim: Vilton Sampayo (Braziliya)
İst-Raterford (ABŞ), "Metlayf" stadionu
Xal durumu: Fransa - 6, Norveç - 6, Seneqal - 0, İraq - 0.










































































