UFC-nin ölkəmdə keçirilməsi mənə əlavə stimul verir.
Sportnet.az xəbər verir ki, bu sözləri Azərbaycan döyüşçüsü Fərman Həsənov özü üçün təşkil olunan mətbuat konfransında deyib.
O, UFC-nin ölkəmizdə təşkili ilə bağlı danışıb:
"Azərbaycanın UFC-nin olması idmançılar üçün böyük hadisədir. Öv vətənimdə döyüşmək mənə motivasiya verir. Qarşılaşmaya tam hazıram. Özümü yaxşı hiss edirəm. Təzyiq yoxdur. Yalnız özümə fokuslanmışam. Rəqibə fikir vermirəm. Rəqibim yaxşı idmançıdır. Analiz etmişik. Amma qələbə bizimlə olacaq".
O, UFC-də əsas hədəfinin çempionluq olduğunu sözlərinə əlavə edib: "Addım-addım buna çatacağıma inanıram".
Qeyd edək ki, "UFC Fight Night Baku" turniri iyunun 27-də Milli Gimnastika Arenasında təşkil olunacaq. Fərman Həsənov yarımağır çəkidə ABŞ təmsilçisi Erik Nolanla üz-üzə gələcək.










































































