FİFA) 2026-cı il dünya çempionatının qrup mərhələsində Fransa – İraq matçının ildırım təhlükəsi səbəbindən dayandırılması ilə bağlı rəsmi açıqlama verib.
Sportnet.az-ın məlumatına görə, ali futbol qurumu ABŞ-ın Fildelfiya şəhərində əlverişsiz hava şəraiti və stadion ətrafında ildırım düşmə riski səbəbindən oyunun müvəqqəti dayandırıldığını bildirib.
Qarşılaşmada 30 dəqiqəlik fasilənin elan olunduğu, bununla belə, vəziyyətin davamlı nəzarətdə saxlanıldığı vurğulanıb.
Qurum təhlükəsizlik protokollarına uyğun olaraq oyunun yalnız tam təhlükəsiz şəraitdə bərpa ediləcəyini açıqlayıb. FİFA azarkeşlərə anlayış və əməkdaşlığa görə təşəkkür edib.
Qeyd edək ki, qarşılaşma “Lincoln Faynenşeld Fild” stadionunda keçirilir. İlk yarıdan sonra hesab 1:0 Fransa millisinin xeyrinədir. Yeganə qolu 14-cü dəqiqədə Kilian Mbappe vurub.








































































